AZENRU
Həkim girişi
RADAZ · AZ

RADAZ DICOM Viewer

KT, MRT və digər DICOM müayinələrini seriyalar üzrə açın, müqayisə edin və uyğun məlumatlarda MPR və 3D görünüşlərdən istifadə edin.

RADAZ DICOM Viewer · MPR

Kimlər üçün?

Viewer radioloji görüntülərlə işləyən həkimlər üçün nəzərdə tutulub. Seriya naviqasiyası, pəncərə səviyyəsi, böyütmə və ölçmə alətləri görüntüləri müxtəlif istiqamətlərdə nəzərdən keçirməyə kömək edir. Alətin tətbiqi seçilmiş seriyanın xüsusiyyətlərindən asılıdır.

Windows və onlayn iş axınları

Windows proqramı lokal fayl, qovluq və CD ilə işləmə imkanları təqdim edir. Saytdakı onlayn viewer isə kabinetdən açılan, həkimə aid arxiv və konsultasiya görüntülərinə baxış üçündür. Bu iki variantın giriş və fayl imkanları fərqlidir.

Əlaqəli məlumatlar